Logo

Orta əsrlərdə Azərbaycanda müəllim maaşı və tələbə təqaüdləri - ARAŞDIRMA

10.06.2023 16:42 1161 baxış
IMG

Orta əsrlərdə Azərbaycan təhsil sistemi geniş sosial-mədəni-ticari şəbəkənin bir parçası idi.

Tehsil.biz xəbər verir ki, orta əsrlərdə Azərbaycanın təhsil anlayışı böyük bir coğrafiyanı əhatə edən təhsil sisteminin bir parçası olub, XI əsrdən XVII əsrə qədər həmin təhsil sisteminin mərkəzi rolunu oynamışdır.

Lakin bütün dövrlər üçün ən aktual məsələ müəllimlərin maaşı və tələbələrə verilən təqaüdlərdir. 

IX-X əsrlərdə müəllimlər təxminən o dövrün pulu ilə 10 dinar alırdılar. Daha sonra baş müəllim 30, siravi müəllimlər isə 10 dinar alırdılar.

Təbriz mədrəsəsində müəllimlər 150-360 dinar alırdılar. Hətta eləmüəllimlər var idi ki, 500 dinar maaş alırdı. Rəbi-Rəşididə xidmət edən bəzi müəllim və elm adamlarının maaşları belə idi: Əqli elmlər müdərrisi — 500 dinar, Təbib — 300 dinar, Hədis müdərrisi — 150 dinar, Kitabxanaçı — 150 dinar, Müəllim — 120 dinar, Cərrah — 100 dinar, Göz həkimi — 100 dinar, Muid (hədis təfsir edən müəllim) — 100 dinar, Atabək (yetim uşaqlara müəllimlik edən) — 60 dinar, Tibb asistantı — 30 dinar, Kitabxana köməkçisi — 30 dinar.
Tələbələrin təqaüdlərini əsasən vəqflər qarşılayırdılar. Orta əsrlər dövründə bir tələbənin xərcləri 10-20 dinar arası dəyişirdi.

Təqaüdü əsasən kimsəsiz uşaqlar alırdı. Dinarın hal-hazırda bizim pul ilə müqaisəsini tam dəqiq apara bilməsəkdə İbn Sinanın tələbəsi ilə bağlı rəvayətdən onu demək olarki bir tələbə 600 dinarla həm borcunu, həm təhsil, həm də evlilik xərclərini və ehtimal ki, yoldaşı ilə bərabər qalacaqları ev xərclərini də ödəyə bilərdi.

Kənan Nağıbəyli

Xəbər lenti